...

Azərbaycanın qonşu dövlətləri birgə hərbi təlimlərin keçirilməsini planlaşdırır

Dünya xəbərləri Materials 1 İyul 2013 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir T.Cəfərov/

İran və Rusiyanın Hərbi Dəniz Qüvvələrinin birgə hərbi təlimlər keçirmələrinə dair danışıqlar aparılıb təsdiq olunarsa, həmin təlimlər yaxın vaxtlarda keçiriləcək. Bunu İran Hərbi Dəniz Donanmasının baş komandanı, kontr-admiral Həbibullah Səyyari bu gün keçirdiyi mətbuat konfransında deyib. Trend-in məlumatına görə, bu barədə "tasnimnews" xəbər saytı məlumat verir.

O əlavə edib ki, birgə hərbi təlimin keçirilməsi ilə bağlı İran Silahlı Qüvvələri Qərargahı yaxın vaxtlarda qərar qəbul edəcək.
Səyyari mətbuat konfransında, həmçinin cari ildə (iranda il martın 21-də dəyişir) "Fateh" adlı sualtı gəminin istifadəyə veriləcəyini bildirib.

Səyyari bildirib ki, cari ildə, həmçinin "Kaman" sinfinə aid raketburaxan iki hərbi gəmi də istifadəyə veriləcək.

Qeyd edək ki, Səyyari sabah Rusiyaya səfərə yola düşəcək. Səfər zamanı iki ölkə arasında birgə hərbi təlimlərin keçirilməsi məsələsinin də müzakirə olunacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti