Azərbaycan, Bakı, 8 iyul /Trend/
Suriya müxalifəti və inqlabçı güvvələri milli koalisiyasının şənbə günü yeni seçilmiş rəhbəri Əhməd Cabra hökumət güvvələrinə hakimiyyət tərəfindən mühasirəyə alınmış Homs şəhərində müqəddəs Ramazan ayı ərzində barışıq təklif edib. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Reyter agentliyi bazar günü xəbər verib.
Suriya ordusu El-Quseirdə qazandığı müvəffəqiyyətdən sonra döyüşçülərin neytrallaşdırılması üçün bir neçə istiqamətdə, o cümlədən Hələb və Homs şəhərlərində əməliyyatlar keçirir.
Hökumət güvvələri Homsun döyüşçülər yerləşdiyi rayonları mühasirəyə alıb, lakin onları hələ tam nəzarət altına götürməyib. Suriya müxalifətinin silahlı qanadının başçısı Səlim İdris bütün döyüşçüləri həlledici döyüşlər gedən Homsa yollanmağa çağırıb.
Homs - Suriyanın əhali üzrə üçüncü şəhəridir, dərhal bir neçə Suriya əyalətini birləşdirən mühüm nəqliyyat qovşağıdır.