...

XİN rəhbəri: İran Suriyaya kimyəvi silahın daşınması barədə doqquz ay əvvəl ABŞ-ı xəbərdar edib

Dünya xəbərləri Materials 1 Sentyabr 2013 11:34 (UTC +04:00)
İran ABŞ-a doqquz ay bundan əvvəl İsveçrə səfirliyi (ABŞ-ın İranında maraqlarını qoruyur) vasitəsilə rəsmi nota göndərərək xəbərdar edib ki, Suriyaya zarin qazı əsasında primitiv kimyəvi silah daşınır.
XİN rəhbəri: İran Suriyaya kimyəvi silahın daşınması barədə doqquz ay əvvəl ABŞ-ı xəbərdar edib

Azərbaycan, Bakı, 1 sentyabr / Trend, müxbir T.Cəfərov /

İran ABŞ-a doqquz ay bundan əvvəl İsveçrə səfirliyi (ABŞ-ın İranda maraqlarını qoruyur) vasitəsilə rəsmi nota göndərərək xəbərdar edib ki, Suriyaya zarin qazı əsasında primitiv kimyəvi silah daşınır. Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ASİMAN qəzetinə verdiyi müsahibəsində bildirib.

İran XİN rəhbəri həmçinin əlavə edib ki, notada bildirilib ki, ola bilsin ekstremist qruplar bu silahdan istifadə edəcək.

Onun sözlərinə görə, doqquz ay ərzində ekstremist qrupların toqquşmaları dəstəklənirdi və onun nəticəsini biz indi görürük.

Ekstremistləri dəstəkləyən tərəflər, məqsədlərinə çatmayaraq, birləşib və müharibənin başlanması üçün ABŞ və region ölkələri üçün tələ qurublar, Zərif əlavə edib.

Onun sözlərinə görə, ABŞ İranın rəsmi notasına cavab verməyib.

Nazirin sözlərinə görə, Suriya İran və Rusiyanın dəstəyi ilə Dəməşq ətrafında tətbiq edilən kimyəvi silahın istifadəsinin müəyyənləşdirilməsi üçün BMT müfəttişləri ilə fəal əməkdaşlıq edib.

ABŞ rəhbərliyində böyük problemlər var, çünki o, rəhbərlik etməyin əvəzinə bəzi təzyiq və siyasi qrupların məsləhətlərinə əməl edir, İranın XİN rəhbəri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti