...

Dövlət katibi: ABŞ Dəməşq ətrafında zarin qazından istifadə sübutuna malikdir

Dünya xəbərləri Materials 1 Sentyabr 2013 19:07 (UTC +04:00)
ABŞ Dəməşq ətrafında kimyəvi silahın tətbiqi sübutuna malikdir.
Dövlət katibi: ABŞ Dəməşq ətrafında zarin qazından istifadə sübutuna malikdir

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

ABŞ Dəməşq ətrafında kimyəvi silahın tətbiqi sübutuna malikdir. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə dövlət katibi Con Kerri bazar günü NBC telekanalına müsahibəsində bildirib.

Dövlət katibi bildirib ki, ABŞ ekspertləri Dəməşq ətrafında avqustun 21-də kimyəvi hücum vaxtı zarin qazından istifadə olunmasına dəlalət edən nümunələri əldə ediblər.

"Saçlar və qan zarin qazının izlərinə pozitiv nəticələr göstəriblər," - Kerri deyib.

Dövlət katibi qeyd edib ki, ABŞ konqressi Suriyaya hərbi müdaxilə üzrə ABŞ prezidenti Barak Obamanın sorğusuna razılığını verəcək.

Xəbər lenti

Xəbər lenti