...

Ermənistanın müdafiə naziri Yerevanın son üç ildə xeyli silah almasına dair məlumatı təsdiqləyib

Dünya xəbərləri Materials 3 Sentyabr 2013 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Ermənistanın müdafiə naziri Seyran Ohanyan Baş nazir Tiqran Sarkisyanın Yerevanın son 3 ildə xeyli sayda silah alması ilə bağlı bəyanatını təsdiq edib. Bu barədə Trend çərşənbə axşamı Ermənistan KİV-ə istinadən məlumat verir.

S. Ohanyan bildirib: "Biz son 3 ildə əvvəlki illərə nisbətən daha çox silah almışıq, Baş nazirin sözləri doğrudur və bu prosesi davam etdirəcəyik".

Müdafiə naziri deyib: "Biz bundan əlavə, zenit-raket kompleksləri, həmçinin rəqibin vacib obyektlərinə zərbə endirməyə imkan verən uzaq və dəqiqvurma qabiliyyətli silahlar əldə edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti