...

Ərəb Dövlətləri Liqası Suriyada Rusiyanın kimyəvi silah üzrə təşəbbüsünü dəstəkləyib

Dünya xəbərləri Materials 12 Sentyabr 2013 02:02 (UTC +04:00)
Ərəb Dövlətləri Liqası Dəməşqə qarşı hərbi əməliyyatların qarşısını alınması üçün Suriyaya bütün kimyəvi silahları beynəlxalq nəzarət altına verilməsi barədə Rusiyanın təşəbbüsünü dəstəkləyib.
Ərəb Dövlətləri Liqası Suriyada Rusiyanın kimyəvi silah üzrə təşəbbüsünü dəstəkləyib

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Ərəb Dövlətləri Liqası (ƏDL) Dəməşqə qarşı hərbi əməliyyatların qarşısını alınması üçün Suriyada bütün kimyəvi silahları beynəlxalq nəzarət altına verilməsi barədə Rusiyanın təşəbbüsünü dəstəkləyib. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə çərşənbə günü ƏDL-in bəyanatında deyilib.

Liqanın Alı şurası Rusiya tərəfindən irəli sürülmüş təşəbbüsü müzakirə etmək üçün çərşənbə günü təşkilatın baş qərargahında fövqəladə iclasa toplaşıb. Bundan bir gün əvvəl təşkilatın baş katibi Nabil əl-Ərəbi Rusiyanın təklifini dəstəklədiyini bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi Dəməşqi kimyəvi silahların beynəlxalq nəzarət altına təhvil verilməsi, arsenalın məhv edilməsi barədə razılığa gəlməsi və kimyəvi silahın qadağan edilməsi üzrə təşkilata qoşulmasına çağırıb. Suriya hakimiyyəti bu barədə öz razılığını bildirib. ABŞ Prezidenti Barak Obama Rusiyanın təklifinə öz marağını ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti