...

XİN: İran nüvə problemi ilə bağlı ABŞ-la etibarlı münasibətlər qurmağa hazırdır

Dünya xəbərləri Materials 16 Sentyabr 2013 11:53 (UTC +04:00)
İran dinc məqsədlər üçün istifadə etdiyi nüvə enerjisi məsələsində Vaşinqtonla etibarlı münasibətlər qurmağa hazırdır.
XİN: İran nüvə problemi ilə bağlı  ABŞ-la etibarlı münasibətlər qurmağa hazırdır

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbirlər E.Tariverdiyeva, T. Cəfərov/

İran dinc məqsədlər üçün istifadə etdiyi nüvə enerjisi məsələsində Vaşinqtonla etibarlı münasibətlər qurmağa hazırdır. Trend-in İSNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran XİN rəhbəri Məhəmməd Cavad Zərif Livanın "Al-Mayadeen" kanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, İran istəyir ki, ABŞ "sülhə istiqamətlənən cəhdlərini nümayiş etdirsin və təhdid dilindən istifadədən imtina etsin".

Suriya məsələsinə toxunan Zərif bildirib ki, müharibəyə çağırış regionda sülhə imkan yaratmayan ciddi cinayətdir.

İranlı nazir vurğuladı ki, Suriya məsələsində böhran mərhələsi artıq geridə qaldı və rəsmi Tehran ümid edir ki, Suriyaya qarşı hərbi əməliyyatların keçirilməsi təhlükəsi minimuma enib.

İran XİN rəhbəri, o cümlədən vurğulayıb ki, Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyqin ona bu ay Nyu-Yorkda BMT Baş Assambleyasının kluarlarında görtüşmək barədə dəvətini qəbul edib.

Yeni seçilən İran Prezidenti Həsən Ruhaninin sentyabrın 24-də Assambleyada çıxış edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti