...

Yaponiyanın Fukusima prefekturasında 5.8 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 19 Sentyabr 2013 23:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Yaponiyanın Fukusima prefekturasında 5.8 bal gücündə zəlzələ baş verib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə ölkənin baş meteoroloji idarəsi məlumat verir.

Zəlzələnin episentri Yaponiyanın Sakit okean sahilində və 20 kilometr dərinlikdə yerləşib.

Təkanlar 17 prefekturada, o cümlədən Tokioda hiss olunub.

Sunami təhlükəsi yoxdur.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Prefekturada yerləşən qəzalı "Fukusima-1" AES-də mümkün vurulan zərərlər barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti