...

Nazir müavini: Türkiyə Azərbaycanla ticarət dövriyyəsinin 4 milyard dollara çatacağını gözləyir

Dünya xəbərləri Materials 24 Sentyabr 2013 16:21 (UTC +04:00)
Yaxın illərdə Azərbaycan və Türkiyə arasında əmtəə dövriyyəsi il ərzində dörd milyard dollara çatacaq.
Nazir müavini: Türkiyə Azərbaycanla ticarət dövriyyəsinin 4 milyard dollara çatacağını gözləyir

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir E.Əliyev/

Yaxın illərdə Azərbaycan və Türkiyə arasında əmtəə dövriyyəsi il ərzində dörd milyard dollara çatacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında Türkiyənin ticarət və gömrük nazirinin müavini Fatih Mətin bildirib.

Nazir müavini deyib: "Bizim hədəfimiz yaxın illərdə ölkələrimiz arasında ticarət dövriyyəsini bu səviyyəyə çatdırmaqdır və mən əminəm ki, bu məqsədə tamamilə çatmaq mümkündür".

Onun sözlərinə görə, bunun üçün ilkin şərtlər var:

"Bizim qardaş ölkələr arasında əməkdaşlıq ən yüksək səviyyədədir və ildən-ilə bütün sahələrdə inkişaf edir. Bundan əlavə, bizim ölkələr Avropa və Asiya arasında əhəmiyyətli tranzit dəhlizi rolunu oynayır və Azərbaycan və Türkiyənin coğrafi cəhətdən əlverişli mövqedə yerləşməsi yeni uğurların əldə olunmasına öz töhfəsini verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti