...

Ağ ev: ABŞ və İran arasında danışıqlar prezident səviyyəsində davam etməyəcək

Dünya xəbərləri Materials 28 Sentyabr 2013 05:44 (UTC +04:00)
ABŞ liderinin iranlı həmkarı Həsən Ruhaniyə cümə zənginə baxmayaraq ABŞ və İran arasında nüvə problemi üzrə danışıqlar prezident səviyyəsində davam etməyəcək.
Ağ ev: ABŞ və İran arasında danışıqlar prezident səviyyəsində davam etməyəcək

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

ABŞ liderinin iranlı həmkarı Həsən Ruhaniyə cümə zənginə baxmayaraq ABŞ və İran arasında nüvə problemi üzrə danışıqlar prezident səviyyəsində davam etməyəcək. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə Ağ evin yüksək vəzifəli nümayəndəsi məlumat verir.

ABŞ Prezidenti cümə günü bildirib ki, İranın nüvə probleminin həlli yolunu Ruhani ilə telefon vasitəsilə müzakirə edib.

"Biz hesab edirik ki, bu prezident səviyyəsində keçiriləcək danışıqlar deyil. Biz gözləyirik ki, onlar texniki ekspertlərinin dəstəyi ilə, beş üstəgəl bir (BMT TŞ-nın beş daimi üzvü və Almaniya) formatında xarici işlər nazirləri səviyyəsində aparılacaq, - Ağ evin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Obama ABŞ və İran nümayəndələrinin bu dialoquna və birgə işinə təkan vermək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti