...

Bir qrup yaraqlı Kabardin-Balkarda fərdi yaşayış evində mühasirəyə alınıb

Dünya xəbərləri Materials 30 Sentyabr 2013 01:20 (UTC +04:00)
Bir qrup yaraqlı Kabardin-Balkarın Baksan rayonunda fərdi yaşayış evində mühasirəyə alınıb,silahlı toqquşma gedir.
Bir qrup yaraqlı Kabardin-Balkarda fərdi yaşayış evində mühasirəyə alınıb

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Bir qrup yaraqlı Kabardin-Balkarın Baksan rayonunda fərdi yaşayış evində mühasirəyə alınıb,
silahlı toqquşma gedir. Trend Ria Novosti agentliyinə istinadən, bu barədə KBR üzrə Rusiya İstintaq Komitəsinin istintaq idarəsinin nümayəndəsi bildirib.

"Baksan rayonunun Duqulubqey kəndinin Təmbiyev küçəsində təxminən saat 22.00-ə əməliyyat-axtarış tədbirləri zamanı bir qrup yaraqlı mühasirəyə alınıb", - agentliyin həmsöhbəti bildirib.

Quldurlar təslim olmaq təklifinə görə hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar.

"Hazırda silahlı toqquşma baş verir", - istintaq idarəsinin nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti