...

Gürcüstanın yeni Prezidentinin inauqurasiya mərasimi noyabrın 17-də keçiriləcək (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 28 Oktyabr 2013 12:46 (UTC +04:00)
Gürcüstanın yeni seçilən Prezidenti Giorgi Marqvelaşvilinin inauqurasiya mərasimi noyabrın 17-də keçiriləcək.
Gürcüstanın yeni Prezidentinin inauqurasiya mərasimi noyabrın 17-də keçiriləcək (ƏLAVƏ OLUNUB)

Gürcüstan, Tbilisi, 28 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın yeni seçilən Prezidenti Giorgi Marqvelaşvilinin inauqurasiya mərasimi noyabrın 17-də keçiriləcək. Trend-in məlumatına görə, Gürcüstan Konsitutusiyasına əsasən, yeni Prezidentin inauqurasiya mərasimi seçkilərdən üç həftə sonra keçirilməlidir.

Hakim "Gürcü arzusu" partiyasından bazar ertəsi verilən məlumatda bildirilir ki, inauqurasiya mərasimi ölkə qanunvericiliyinə uyğun şəkildə keçiriləcək. Mərasimin keçiriləcəyi yer barədə hələlik məlumat verilmir. Gürcüstan hökumətindən vurğulayıblar ki, inauqurasiya dəbdəbəli olmayacaq.

Gürcüstanda Prezident seçkiləri oktyabrın 27-də keçirilib.

Gürcüstan Prezidenti seçkilərində 3 741 məntəqədən 3 376 (90,99) seçki məntəqəsində səslərin hesablanmasından sonra hakim "Gürcü arzusu" koalisiyasının namizədi Giorgi Marqvelaşvili liderlik edir.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, G. Marqvelaşvili bu məntəqələrdə səslərin 62,09 faizini toplayıb.

MSK-nın məlumatlarına əsasən, Vahid Milli Hərəkat partiyasının namizədi David Bakradze - 21,9 faiz səslə ikinci yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti