...

Kimyəvi sursatların məhv edilməsi üzrə işlər Suriyanın yeddi obyektində aparılır

Dünya xəbərləri Materials 5 Noyabr 2013 22:13 (UTC +04:00)
Kimyəvi sursatların məhv edilməsi üzrə işlər Suriyanın yeddi obyektində aparılır.
Kimyəvi sursatların məhv edilməsi üzrə işlər  Suriyanın yeddi obyektində aparılır

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Kimyəvi sursatların məhv edilməsi üzrə işlər Suriyanın yeddi obyektində aparılır. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə Kimyəvi silahların qadağan olunması üzrə təşkilatın (KSQOT) rəhbəri Əhməd Üzümcünün çərşənbə axşamı dərc edilən bəyanatında deyilib.

"Bu gün Suriya hakimiyyəti obyektlərin birində 99 döyüş sursatının məhv edilməsi barədə məlumat verib, daha 55 digər obyektdə məhv edilməsi planlaşdırılır. Analoji işlər daha beş obyekt başlanılıb", - bəyanatda deyilib.

KSQOT-dan verilən məlumata görə, rəsmi Dəməşqin sərəncamında, kimyəvi silahının yaradılması üçün istifadə olunan 1,3 min ton kimyəvi maddələr və prekursorlar, həmçinin 1.2 mindən artıq hazırlanmış sursat yerləşir. Bundan başqa, Suriya 23 obyektdə yerləşən və kimyəvi silahların istehsalı üçün istifadə oluna bilən 41 qurğu barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti