...

Pan Gi Mun: Suriya üzrə "Cenevrə-2" konfransı ilin sonuna kimi baş tutmalıdır

Dünya xəbərləri Materials 12 Noyabr 2013 04:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Suriya üzrə "Cenevrə-2" konfransı ilin sonuna kimi baş tutmalıdır. Trend-in RİA Novosti-yə isitinadən verdiyi məlumata görə, bu barədə BMT-nin baş katibi Pan Gi Mun bildirib.

Baş katib bildirib: "Biz bu konfransın bu ilin sonuna kimi çağırılması üzərində işləməyə davam edirik".

Onun sözlərinə görə, Suriya xalqına qarşı zorakılığın dayandırılması üçün "hərtərəfli və suriyalıların özləri tərəfindən idarə edilən siyasi proses lazımdır."

Bundan öncə "Cenevrə-2" konfransının noyabrın ortalarında keçirilməsi planlaşdırılmışdı. Konfransda Suriya hakimiyyətinin və silahlı müxalifətin nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti