...

Putin: Əcnəbilərin Rusiyada olma müddəti məhdudlaşdırılmalıdır

Dünya xəbərləri Materials 12 Dekabr 2013 14:17 (UTC +04:00)
Əcnəbilərin Rusiyada qalma müddəti məhdudlaşdırılmalıdır, qanunu pozanların Rusiyaya girişini isə qadağan etmək lazımdır.
Putin: Əcnəbilərin Rusiyada olma müddəti məhdudlaşdırılmalıdır

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Əcnəbilərin Rusiyada qalma müddəti məhdudlaşdırılmalıdır, qanunu pozanların Rusiyaya girişini isə qadağan etmək lazımdır. Trend-in cümə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putunin bəyanatında deyilir.

V.Putin Federal Məclisə illik müraciətində bildirib ki, bütün sivil ölkələrin etdiyi kimi, xarici vətəndaşların gəliş məqsədləri üzərində nəzarəti gücləndirmək lazımdır: "Dövlət bilməlidir ki, əcnəbi nə üçün və nə qədər müddətə Rusiyaya gələcək".

Onun sözlərinə görə, bununla yanaşı, ölkəyə vizasız gəlmiş və Rusiyada uzun müddət guya, qeyri-müəyyən məqsədlə olan əcnəbilərlə bağlı məsələni həll etmək lazımdır: "Onların yəqin məqsədləri var, lakin dövlət bu barədə heç nə bilmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti