Azərbaycan, Bakı, 28 dekabr /Trend/
Türkiyə polisi İstanbulda Taksim meydanında hökumət əleyhinə keçirilən qanunsuz nümayişi dağıdıb. Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.
Məlumata görə, polis təxminən 100 nəfərdən ibarət nümayişçilər qrupunu su şırnaqları vasitəsilə dağıdıb.
Bundan sonra 70 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Ankara və Ədirnədə də nümayişçilər qrupu aksiya keçirməyə cəhd etsə də, polis bunun qarşısını alıb.