...

AŞPA-da Ermənistan nümayəndə heyətinin legitimliyindən şikayət edilə bilər

Dünya xəbərləri Materials 15 Yanvar 2014 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Ermənistan yanvarın 27-də öz işinə başlayacaq Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının diqqət mərkəzində ola bilər. Trend-in məlumatına görə, bu barədə Ermənistanın Epress.am saytı "Aykakan jamanak" qəzetinə istinadən xəbər verir.

Oktyabrın 2-də Ermənistan Prezidenti Serj Sarkisyanın AŞPA-da çıxışı zamanı bu ölkənin nümayəndə heyətinin üzvü Zauri Postancyan Prezidentə kazinoda 70 milyon dollar uduzması məsələsi ilə bağlı müraciət edir. Sonralar Ermənistan Parlamentinin spikeri Ovik Abramyan AŞPA nümayəndə heyətinin tərkibində dəyişiklik edərək Postancyanı oradan çıxarır.

Amma erməni deputatın üzvü olduğu Avropa Xalq Partiyasının fraksiyası ona dəvətnamə göndərdiyinə görə Postancyan Strasburqa gedir.

Zauri Postancyan nəşrə açıqlamasında AŞPA-nın Ermənistanın nümayəndə heyətinin legitimliyindən şikayət etməsinin mümkünlüyünü bildirib.

Məqalə müəllifi yazır: "Bizdə olan məlumata görə, Zauri Postancyan AŞPA-da onlarla deputatla danışaraq onları iclasın əvvəlində Ermənistanın nümayəndə heyətinin legitimliyi məsələsini qaldırmağa razı sala bilib. Kifayət qədər qızğın müzakirələrin gedəcəyi gözlənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti