...

Dubayda yol hərəkəti qaydalarını pozanlara qarşı cərimələr 8 min dolları ötəcək

Dünya xəbərləri Materials 30 Yanvar 2014 14:18 (UTC +04:00)
Yaxın aylarda Birləşmiş Əmək Əmirliyinin (BƏƏ) Dubay şəhərində nəqliyyatın yeni növünün - tramvayın istismara verilməsi yol polisindən və nəqliyyat idarəsindən yeni yol hərəkəti qaydalarının, onları pozanlar üçün cərimə sisteminin hazırlanmasını tələb edir.
Dubayda yol hərəkəti qaydalarını pozanlara qarşı cərimələr 8 min dolları ötəcək

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Yaxın aylarda Birləşmiş Əmək Əmirliyinin (BƏƏ) Dubay şəhərində nəqliyyatın yeni növünün - tramvayın istismara verilməsi yol polisindən və nəqliyyat idarəsindən yeni yol hərəkəti qaydalarının, onları pozanlar üçün cərimə sisteminin hazırlanmasını tələb edir. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i BƏƏ-nin WAM informasiya agentliyinə istinadən xəbər yayıb.

Məsələn, tramvay yolları ilə yol kəsişmələrində ağır nəticələrə səbəb olacaq işıq siqnallarına riayət edilməməsi pozucuya 30 min BƏƏ dirhəminə (8176 dollara) və sürücülük hüququndan bir ilə qədər məhrum edilməyə başa gələ bilər. Yol hərəkəti hadisəsinin iştirakçısının zədələnməsi ilə nəticələnən analoji pozuntuya görə günahkar beş mindən 15 min dirhəmə qədər (1300-4100 dollar) ödəməli olacaq və yarım il sürücülük hüququndan məhrum ediləcək.

Tramvay yollarında işıq siqnallarını pozmadan və zərərçəkən olmadan baş verən yol-nəqliyyat hadisəsi onu törədənə 3 min dirhəmə (təxminən 800 dollara) başa gələcək.

Qeyd edək ki, Dubayda şəhər tramvayı layihəsi son bir neçə il ərzində həyata keçirilir. Ümumi uzunluğu 14,6 kilometr olan xətt turistlərin sevimli Sufuh, Cumeyra Biç Rezidens, Dubay Marina sahilyanı rayonlarından keçəcək.

Layihə müəllifləri tramvay yollarının avtomobil trasslarından ayırmağa maksimum səy göstərsələr də, bəzi sahələrdə yolların kəsişməsindən qaçmaq mümkün olmayıb. İlkin olaraq 11 stansiya ilə 10,6 kilometrlik xətt işə salınacaq. Hakimiyyətin gözləntilərinə görə, 2014-cü ildə tramvay sərnişinlərinin sayı 27 mini ötməyəcək. Ancaq proqnozlara görə, 2020-ci ildə Dubayda tramvaydan artıq 66 min şəhər sakini istifadə edəcək.

Dubayda tramvay rəsmən 2014-cü ilin noyabrında işə başlayacaq. Buna qədər marşrutda intensiv test sınaqları keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti