...

Ermənistanın dövlət qurumlarında məvaciblərdən tutulmalar olub

Dünya xəbərləri Materials 4 Fevral 2014 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Ermənistanda dövlət qurumlarının - məktəb, ali məktəb, nazirlik, tibb müəssisələrinin əməkdaşlarının yanvar ayı üçün əməkhaqlarından müəyyən məbləği xəbərdarlıq etmədən tutublar.

Trend-in çərşənbə axşamı "Epress.am"a istinadən verdiyi məlumata görə, bu, pensiya yığımı haqqında qanunda nəzərdə tutulmuş icbari ödənişlərin tutulması ilə əlaqədardır.

Bir çox əməkdaşlara bu barədə məlumat verilməyib və onlardan hansı yığım fonduna üstünlük verdikləri soruşulmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti