...

Yaponiyada güclü qar nəticəsində 90 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 8 Fevral 2014 12:11 (UTC +04:00)
Şənbə günü Yaponiya paytaxtına və ona yaxın ərazilərə yağan güclü qar 90-a yaxın insanın xəsarət almasına səbəb olub. Ərazidə nəqliyyatın hərəkəti dayanıb.
Yaponiyada güclü qar nəticəsində 90 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Şənbə günü Yaponiya paytaxtına və ona yaxın ərazilərə yağan güclü qar 90-a yaxın insanın xəsarət almasına səbəb olub. Ərazidə nəqliyyatın hərəkəti dayanıb. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i yerli mətbuata istinadən xəbər yayıb.

NHK telekanalının məlumatına görə, Kanto regionunun altı prefekturasında yağan güclü qar 89 nəfərin xəsarət almasına səbəb olub. Xəsarət alanların çoxu - 23 nəfər Saitama prefekturasında, 15 nəfər Tokioda qeydə alınıb.

Kiodo agentliyinin məlumatına görə, bəzi dairələrdə sürət qatarlarının hərəkəti dayanıb, bəzi daxili reyslər təxirə salınıb.

Bundan başqa, ölkənin bəzi ali məktəblərinə qəbul imtahanlarının Yaponiyada 2014-cü il aprelin birindən başlayan yeni dərs ilinə keçirildiyini elan ediblər.

Meteoroloqların proqnozlarına görə, Tokioda və digər rayonlarda güclü qar bazar günü axşam saatlarınadək davam edə bilər. Qar örtüyünün qalınlığının 50 santimetrə çatacağı ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti