...

Avropa Komissiyası İsveçrədə keçirilən referendumun nəticələrini tənqid edib

Dünya xəbərləri Materials 10 Fevral 2014 12:19 (UTC +04:00)
Avropa Komissiyası İsveçrədə keçirilən vətəndaşların əksəriyyətinin miqrantlar üçün kvotaların bərpasına səs verdiyi referendumun nəticələrinə mənfi reaksiya verib.
Avropa Komissiyası İsveçrədə keçirilən referendumun nəticələrini tənqid edib

Azərbaycan, Bakı, 10 fevral / Trend/

Avropa Komissiyası İsveçrədə keçirilən vətəndaşların əksəriyyətinin miqrantlar üçün kvotaların bərpasına səs verdiyi referendumun nəticələrinə mənfi reaksiya verib. İlk növbədə dəyişikliklər Avropa İttifaqı ölkələrindən gələn iş qüvvəsinə toxunacaq. Çünki başqa dövlətlərdən xarici mütəxəssislər üçün kvotalar İsveçrədə indi də qüvvədədir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Vesti" internet qəzeti xəbər yayıb.

Avropa Komissiyasının bəyanatında deyilir: "Bu qərar İsveçrə və Avropa İttifaqı arasında insanların yerdəyişmə azadlığı prinsipi ilə birbaşa ziddiyyət təşkil edir. Avropa İttifaqı bu qurumla İsveçrə arasındakı münasibətlərin bütün kompleksi üçün bu təşəbbüsün mümkün nəticələrini təhlil edəcək".

Bu arada, Avropa İttifaqının onlarla ölkəsində sağ radikal partiyalar referendumun nəticələrini diqqətlə təhlil edərək əldə olunan təcrübədən miqrasiya problemlərinin İsveçrədəkindən daha kəskin olan ölkələrində istifadə etmək fürsətini öyrənirlər.

Bazar günü, fevralın 9-da keçirilən referendumda isveçrəlilərin təxminən 50,4 faizi əcnəbilərin və müxtəlif kateqoriyalara (sərhəd regionları sakinləri, qaçqınlar) daxil olan miqrantların sayına məhdudiyyətin tətbiqi barədə kvotalar sisteminə qayıdış haqqında təklifi dəstəkləyiblər. Müvafiq təşəbbüsü İsveçrə Xalq Partiyası irəli sürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti