...

İraq XİN rəhbərinin Tehrana səfəri təxirə düşüb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 12 Fevral 2014 12:45 (UTC +04:00)
İraqın xarici işlər naziri Huşyar Zibarinin İrana səfəri təxirə salınıb. Bunu İranın İraqdakı səfiri Həsən Danaifər deyib.
İraq XİN rəhbərinin Tehrana səfəri təxirə düşüb (ƏLAVƏ OLUNUB)

Yeni məlumat əlavə edilib (ilk xəbər saat 10:00-da yayılıb)

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir T.Cəfərov/

İraqın xarici işlər naziri Huşyar Zibarinin İrana səfəri təxirə salınıb. Bunu İranın İraqdakı səfiri Həsən Danaifər deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

Danaifər deyib ki, bəzi idari prosedurlar və İraqda baş verən hadisələrlə əlaqədar Zibarinin Tehrana səfəri təxirə salınıb: "Səfər gələn həftə baş tutacaq".

Qeyd edək ki, bu gün səhər İran KİV-ləri İraqın xarici işlər naziri Huşyar Zibarinin Tehrana rəsmi səfər etdiyi xəbərini yayımlamışdılar.

Səfər zamanı Zibarinin iranlı həmkarı Məhəmməd Cavad Zərif, Prezident Həsən Ruhani və digər rəsmilərlə ikitərəfli əlaqələrin inkişafı, bölgədə baş verən proseslər və beynəlxalq məsələləri müzakirə edəcəyi bildirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti