...

Gürcüstanda qocalar evində 5 nəfər virus infeksiyasından ölüb

Dünya xəbərləri Materials 14 Fevral 2014 20:05 (UTC +04:00)
Gürcüstanın İmereti regionunda "Müqəddəs Ktevan" qocalar evində 5 nəfər dünyasını dəyişib.
Gürcüstanda qocalar evində 5 nəfər virus infeksiyasından ölüb

Gürcüstan, Tbilisi, 14 fevral /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın İmereti regionunda "Müqəddəs Ktevan" qocalar evində 5 nəfər dünyasını dəyişib. Trend-in məlumatına görə, qocalar evindən jurnalistlərə bildirilib ki, onların ölümünə virus infeksiyası səbəb olub.

İlkin məlumatlara görə, ölümə səbəb kimi "donuz qripi" göstərilir. Lakin dəqiq məlumat aparılacaq ekspertizadan sonra məlum olacaq.

Daha bir neçə nəfərdə isə yüksək hərarət qeydə alınıb. Onların vəziyyəti ağır qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti