...

Ukrayna Səhiyyə Nazirliyi Kiyevdə toqquşmalar nəticəsində ölənlərin sayını açıqlayıb

Dünya xəbərləri Materials 19 Fevral 2014 10:35 (UTC +04:00)
Kiyevdə radikallarla toqquşmalarda 70-dən artıq asayiş keşikçisi odlu Kiyevdə radikallarla toqquşmalarda 70-dən artıq asayiş keşikçisi odlu silah xəsarəti alıb, doqquz nəfər həlak olub.silah xəsarəti alıb, doqquz nəfər həlak olub.
Ukrayna Səhiyyə Nazirliyi Kiyevdə toqquşmalar nəticəsində ölənlərin sayını açıqlayıb

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Kiyevdə radikallarla toqquşmalarda 70-dən artıq asayiş keşikçisi odlu silah xəsarəti alıb, doqquz nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i Ukrayna DİN-ə istinadən xəbər yayıb.

Məlumatda deyilir: "Kiyevdə kütləvi iğtişaşlar zamanı doqquz asayiş keşikçisi odlu silahla qətlə yetirilib. Daxili işlər orqanlarının 371 işçisi yardım üçün müraciət edib, 349 nəfər xəstəxanaya yerləşdirilib. 74 asayiş keşikçisi odlu silah xəsarəti alıb".

Çərşənbə axşamı, Ali Radanın iclası günü Kiyevdə irimiqyaslı küçə iğtişaşları yenidən başlayıb. Etirazlarda müxalifət parlament-prezident idarəetmə formasına qayıdılmasını, 2004-cü il Konstitusiyasının bərpa olunmasını tələb edib.

Radikallar Kiyevin mərkəzində binalara soxulub, avtomobil təkərlərinə od vurub, maşınlara və milis işçilərinə daş atıblar.

Milisin məlumatına görə, müxalifət ilk dəfə odlu silah tətbiq edib.

Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, Kiyevdə toqquşmalar nəticəsində 25 nəfər ölüb.

Məlumatda deyilir: "Ölən 25 nəfərdən 8-i şəhər tibb müəssisələrində (onların arasında "Vesti" qəzetinin jurnalisti də var), 4-ü DİN-in hospitalında həyatını itirib. Ölənlərdən 13-ü Kiyev şəhər məhkəmə-tibbi ekspertiza kliniki bürosuna çatdırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti