...

ABŞ Cənubi-Çin dənizində gözdən itən təyyarənin axtarışına eskadra mina gəmisi və təyyarəni göndərib

Dünya xəbərləri Materials 9 Mart 2014 02:13 (UTC +04:00)
ABŞ Malaysia Airlines (MAS) aviaşirkətinə məxsus Boeing 777-200 itmiş gəminin axtarışına kömək etmək üçün Cənubi-Çin dənizinə eskadra mina gəmisi və kəşfiyyat təyyarəsini göndərib.
ABŞ Cənubi-Çin dənizində gözdən itən təyyarənin axtarışına eskadra mina gəmisi və təyyarəni göndərib

Azərbaycan, Bakı, 9 mart /Trend/

ABŞ Malaysia Airlines (MAS) aviaşirkətinə məxsus Boeing 777-200 itmiş gəminin axtarışına kömək etmək üçün Cənubi-Çin dənizinə eskadra mina gəmisi və kəşfiyyat təyyarəsini göndərib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Frans Press agentliyi məlumat verir.

ABŞ Müdafiə Nazirliyi nümayəndələrinin sözlərinə görə, Pinckney esminesi axtarış-xilasetmə əməliyyatlarında iştirak etmək üçün Vyetnamın cənub sahillərinə doğru göndərilir.

Gəminin göyərtəsində iki xilasedici helikopter yerləşdirilib. Gözlənilir ki, Pinckney avialayner sonuncu dəfə əlaqəyə çıxan yerə gün ərzində çatacaq.

Frans Pressin məlumatına görə, yaxın vaxtlarda avialaynerin itən yerə həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin Orion P-3C kəşfiyyat təyyarəsinin uçuşu da gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti