...

XİN rəhbəri: Həsən Ruhani Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 14 Mart 2014 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir Ü.Niayeş/

İran Prezidenti Həsən Ruhani yaxın aylar ərzində Türkiyəyə səfər edəcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu cümə günü İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan, Türkiyə və İran XİN rəhbələrinin Vanda keçirilmiş görüşünün yekunu üzrə deyib.

Onun sözlərinə görə, səfər zamanı İran-Türkiyə münasibətlərinin ikitərəfli aktual məsələləri müzakirə ediləcək.

Nazir qeyd edib ki, Türkiyə və İran XİN rəhbələrinin mütəmadi görüşləri iki ölkə münasibətlərinin yaxşı göstəricisi sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti