...

Rusiya BMT-nin qətnaməsi ilə Ukraynanın neytral hərbi-siyasi statusunu möhkəmləndirməyi təklif edir

Dünya xəbərləri Materials 17 Mart 2014 15:16 (UTC +04:00)
Rusiya BMT Təhlükəsizlik Şurasının qətnaməsində Ukraynanın neytral hərbi-siyasi statusunu möhkəmləndirməyi təklif edir.
Rusiya BMT-nin qətnaməsi ilə Ukraynanın neytral hərbi-siyasi statusunu möhkəmləndirməyi təklif edir

Azərbaycan, Bakı, 17 mart /Trend/

Rusiya BMT Təhlükəsizlik Şurasının qətnaməsində Ukraynanın neytral hərbi-siyasi statusunu möhkəmləndirməyi təklif edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi RİA Novosti Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən məlumat verir.

Rusiya XİN hesab edir ki, yaxın vaxtlarda Ukraynanın bütün siyasi qüvvələri üçün məqbul tərkibdə ölkənin dəstəklənməsi məqsədi ilə təmas qrupu yaradılmalıdır: "Məqsədlərdən biri ölkənin neytral hərbi-siyasi statusuna zəmanət verilməsi olmalıdır. Yuxarıda sadalanan məqsəd və prinsiplər əsasında Ukraynanın dövlət quruculuğuna, suverenliyinə, ərazi bütövlüyü və neytral hərbi-siyasi statusuna Rusiya, Avropa İttifaqı və ABŞ tərəfindən BMT TŞ-nin qətnaməsi ilə zəmanət verilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti