...

Silahlı qüvvələr: Türkiyə ordusu beynəlxalq hüquqa uyğun olaraq hərəkət edib

Dünya xəbərləri Materials 27 Mart 2014 03:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 mart / Trend /

Suriya təyyarəsini vuran Türkiyə hərbçiləri hökumətin icazəsi ilə, milli və beynəlxalq hüquqa uyğun olaraq hərəkət ediblər. Trend Hurriyet Daily News qəzetinə istinadən bu barədə Türkiyə silahlı qüvvələri bəyan ediblər.

Bəyanatda həmçinin bildirilib ki, Süleyman Şahın türbəsi istisna olmaqla Türkiyənin Suriyada hərbi iştirakı yoxdur.

Xəbər verildiyi kimi, Suriya Hərbi Hava Qüvvələrinin iki MiQ-23 təyyarəsi bazar günü Türkiyə ilə sərhədin yaxınlığında uçuş həyata keçiriblər.

Onlardan biri Türkiyə hərbçilərinin xəbərdarlığına reaksiya verməyib və respublika ərazisinə 1-1,5 kilometrə dərinləşib. Bundan sonra o, havaya qaldırılan türk qırıcısından buraxılmış raketlə vurulub.

Xəbər lenti

Xəbər lenti