...

"Transparency International" erməni nazirin etikasına şübhə etdi

Dünya xəbərləri Materials 5 Aprel 2014 13:49 (UTC +04:00)
"Transparency International" Korrupsiyaya qarşı Mərkəz yüksək rütbəli məmurların Etika komissiyasına Ermənistanın ekologiya naziri Aram Arutyunyanın etika qanunları pozmasına baxmaq haqqında müraciət edib.
"Transparency International" erməni nazirin etikasına şübhə etdi

Azərbaycan, Bakı, 5 aprel /Trend/

"Transparency International" Korrupsiyaya qarşı Mərkəz yüksək rütbəli məmurların Etika komissiyasına Ermənistanın ekologiya naziri Aram Arutyunyanın etika qanunlarını pozmasına baxılması haqqında müraciət edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü "epress.am" saytı xəbər yayıb.

Bəyanat martın 25-26-da Yerevanda "Mədən sənayesində məsuliyyət: Ermənistanın çağırışları və imkanları" mövzusunda keçirilən beynəlxalq konfransda baş verən insidentlə bağlıdır.

Mədən sənayesi sahəsində Ermənistanın yürütdüyü siyasəti "məsuliyyətsiz" adlandıran ekologiya fəalları zalda etiraz aksiyası təşkil ediblər. Bununla da onlar ölkənin mədən sənayesindən və onun üzərində Ekologiya Nazirliyinin səmərəsiz nəzarətindən narazılıqlarını bildiriblər. Aksiya iştirakçılarının fikirlərinə cavabında nazir fəallardan birini hədələyərək deyib: "Həddini bil, qulaqlarını qoparıb özünə verərəm, yaramaz".

Ermənistanın "İctimai xidmət haqqında" qanunu ictimai qulluqçular və yüksək vəzifəli şəxslərdən etika qaydaları, eləcə də qanuna hörmət etməyi və ona tabe olmağı, öz fəaliyyətində etimad formalaşdırmaq bacarığı və onların tutduqları vəzifəyə və təmsil etdikləri orqana hörmət etmələri, istənilən yerdə və istənilən fəaliyyətlə məşğul olduqları zaman lazımi davranış qaydası təqdim etmələri, ünsiyyət qurduğu və öz səlahiyyətləri çərçivəsində əlaqə qurduğu hər kəsə hörmətlə yanaşmağı tələb edir.

"Transparency International"-ın bəyanatında deyilir: "Ermənistanın ekologiya naziri Aram Arutyunyan tərəfindən təhdid və təhqiredici ifadələrin işlədilməsi ictimai qulluqçuya yaraşmayan, təmsil etdiyi orqana hörmət və etibarın formalaşması üçün təhlükə yaradan davranış və əxlaq qanunlarının kobud pozuntusudur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti