...

BMT Təhlükəsizlik Şurası Ukrayna üzrə qapalı məsləhətləşmələr keçirəcək

Dünya xəbərləri Materials 21 May 2014 07:39 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurası tam tərkibdə çərşənbə günü Ukrayna üzrə qapalı məsləhətləşmələr keçirəcək.
BMT Təhlükəsizlik Şurası Ukrayna üzrə qapalı məsləhətləşmələr keçirəcək

Azərbaycan, Bakı, 21 may /Trend/

BMT Təhlükəsizlik Şurası tam tərkibdə çərşənbə günü Ukrayna üzrə qapalı məsləhətləşmələr keçirəcək. Trend RİA Novosti agentliyinə istinadən bu barədə təşkilatın saytındakı iş proqramında deyilir.

Şuraya 15 dövlət daxildir, onlardan beşi - Rusiya, ABŞ, Çin, Böyük Britaniya və Fransa daimi əsasda orada yerləşir.

Bundan öncə BMT-nin mənzil-qərargahındakı mənbə Ria Novostiyə bildirib ki, bağlı qapılar arxasındakı məsləhətləşmələrdə Ukraynada müşahidəçilərin işini əlaqələndirən baş katibinin insan hüquqları üzrə köməkçisi İvan Şımonoviç çıxış edəcək.

Rusiya əvvəllər vəziyyəti qeyri-obyektiv əks etdirdiyi üçün Şımonoviçi tənqid edib.

Mənbənin məlumatına görə, BMT TŞ-da həmçinin Ukraynada prezident seçkilərinin keçirilməsinin hazırlanması da baxılacaq.

Xəbər lenti

Xəbər lenti