...

MSK: Ukraynada prezident seçkilərində bülletenlərin 30 faizindən çoxu hesablanıb

Dünya xəbərləri Materials 26 May 2014 11:00 (UTC +04:00)
Ukraynanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçirilən prezident seçkilərində bülletenlərin 33,2 faizini hesablayıb.
MSK: Ukraynada prezident seçkilərində bülletenlərin 30 faizindən çoxu hesablanıb

Azərbaycan, Bakı, 26 may /Trend/

Ukraynanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçirilən prezident seçkilərində bülletenlərin 33,2 faizini hesablayıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi UNİAN MSK-nın məlumatına istinadən xəbər yayıb. 5 305 707 seçicinin səsi hesablanıb.

Beləliklə, məntəqə seçki komissiyalarının protokollarının 33,2 faizinin hesablanmasının nəticələrinə görə, Pyotr Poroşenkoya seçicilərin 54,08 faizi, Yuliya Timoşenkoya 13,12 faizi, Oleq Lyaşkoya 8,47 faizi, Anatoli Qritsenkoya 5,51 faizi, Sergey Tiqinkoya 5,08 faizi, Mixail Dobkinə 3,32 faizi, Vadin Rabinoviçə 2,2 faizi səs verib. Digər namizədlərin hamısı seçicilərin 2 faizindən azının səsini qazanıblar.

Qeyd edək ki, mayın 25-də Ukraynada prezident seçkiləri keçirilib. MSK-nın ilkin məlumatına görə, seçicilərin 60 faizdən çoxu seçkilərdə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti