Azərbaycan, Bakı, 29 may /Trend/
Misir prezidentinin seçkilərində seçki məntəqələri səsvermənin üçüncü, sonuncu günün sonunda öz qapılarını bağlayıblar, komissiyalar səslərin sayılmasına başlayıblar. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.
Misirdə üç gün ərzində prezident seçkiləri keçirilib. Dövlət rəhbəri vəzifəsi uğrunda iki namizəd mübarizə aparır: Misir siyasətinin veteranı Hamdin Sabahi və sabiq müdafiə naziri Əbdül Fəttah əs-Sisi.
Əvvəlcə səsvermə iki gün ərzində keçirilməli idi: bazar ertəsi və çərşənbə axşamı. Lakin ötən axşam ölkənin Seçki komissiyası gözlənilmədən səsverməni daha bir gün uzadıb.
Belə qərarın səbəbi seçicilərin iştirak səviyyəsi aşağı olub.