...

Gürcüstanda 900-dan artıq azərbaycanlı seçki məntəqələrində işləyəcək

Dünya xəbərləri Materials 12 İyun 2014 07:15 (UTC +04:00)
Gürcüstanda iyunun 15-də yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərlə əlaqədar təxminən 2,5 min etnik azlıqların nümayəndələri 12 seçki dairəsinin 340 seçki məntəqəsində işləyir.
Gürcüstanda 900-dan artıq azərbaycanlı seçki məntəqələrində işləyəcək

Gürcüstan, Tbilisi, 12 iyun /Trend, müxbir N.Kirtsxalia /

Gürcüstanda iyunun 15-də yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərlə əlaqədar, təxminən 2,5 min etnik azlıqların nümayəndələri 12 seçki dairəsinin 340 seçki məntəqəsində işləyir.

MSK mətbuat katibi Eka Azaraşvilinin çərşənbə günü brifinqdə bildirdiyinə görə, 12 dairənin 340 seçki məntəqəsində - Saqareco, Telavi, Marneuli, Qardabani, Laqodexi, Bolnisi, Dmanisi, Tsalka, Тетрицкаро, Axaltsixe, Axalkalaki və Ninosmindanın seçki komissiyalarında 2 446 etnik azlıq nümayəndələri işləyir.

"Onlardan 62 faizi ermənilər, 37 faizi azərbaycanlılar (925 nəfər) və bir faizi - ruslar, avarlar, osetinlərdir," - Azaraşvili deyib.

Onun sözlərinə görə, etnik azlıqların nümayəndələri üçün azərbaycan və erməni dillərdə seçki materialları çap olunub, onların arasında vahid seçici siyahısı, bülletenlər və təlimatlar vardır.

Bazar günü, iyunun 15-də, Gürcüstanda yerli administrasiyaların rəhbərləri və yerli şuralara özünüidarəedən şəhərlərinin 12, o cümlədən paytaxt meri seçiləcək.

Xəbər lenti

Xəbər lenti