...

Suriya yaraqlıları Livanda şəhərə hücum ediblər, ölən var

Dünya xəbərləri Materials 2 Avqust 2014 23:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Suriya yaraqlıları Livanın Arsal şəhərinə hücum ediblər. Trend BBC-yə istinadən bu barədə məlumat verir.

Bildirilir ki, iki Livan vətəndaşı qətlə yetirilib və bir neçə əsgər yaraqlılar tərəfindən tutulub.

Vətəndaş müharibəsi səbəbindən Suriyanı tərk edən minlərlə qaçqın əsasən müsəlman-sünnilər təşkil edən Arsal şəhərində sığınacaq tapıblar.

Bu ərazi Livan ordusu və Suriya yaraqlıları arasında mütəmadi toqquşmalar məkanına çevrilib.

Xəbər lenti

Xəbər lenti