Gürcüstan, Tbilisi, 7 avqust /Trend, müxbir Nana Kirsxaliya /
Bu ilin əvvəlindən Gürcüstana bir milyon 191 min turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz çoxdur. Bu barədə cümə axşamı Trend-ə Gürcüstan Daxili İşlər Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd ediblər ki, ümumilikdə hesabat dövründə Gürcüstanın dövlət sərhədini iki milyon 913 min 618 nəfər keçib ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisini 4 faiz üstələyir.
Göstərilən dövrdə Gürcüstan ərazisindən tranzitlə 552 min 556 xarici ölkə vətəndaşı keçib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4 faiz çoxdur.
Nazirlikdən bildiriblər ki, bu ilin əvvəlindən Gürcüstana gələnlərin böyük əksəriyyətini Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya və Ukrayna vətəndaşları təşkil edir.