...

Gürcüstanda dəmiryol biletlərinin qiymətləri ucuzlaşıb

Dünya xəbərləri Materials 17 Sentyabr 2014 11:15 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 sentyabr /Trend, müxbir Nana Kirsxaliya/

"Gürcüstan Dəmir Yolları" SC 10 ay ərzində qüvvədə olacaq dəmiryol biletlərinin qiymətlərini azaldıb.

Çərşənbə günü SC-dən Trend-ə verilən məlumata görə, Tbilisi-Batumi qatarında birinci klasda gediş üçün biletlər 40 lari (1 dollar = 1,74 lari) əvəzinə 25 lari, ikinci klasda isə 18 lari (əvvəllər 23 lari) olacaq.

SC bütün istiamətlərdə gedişin qiymətlərini aşağı salıb. Yeni qiymətlər istirahət mövsümü başlayana qədər, 10 ay ərzində qüvvədə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti