...

Misir prezidenti İsraili münaqişəni aradan qaldırmağa və fələstinlilərin hüquqlarını bərpa etməyə çağırıb

Dünya xəbərləri Materials 12 Oktyabr 2014 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Misir prezidenti Abdel Fəttah əs-Sisi İsraili münaqişəni aradan qaldırmağa və fələstinlilərin hüquqlarını bərpa etməyə çağırıb. Trend TASS agentliyinə istinadən bu barədə xəbər verir.

"İsrail-Fələstin probleminin yeganə həlli yolu - hərtərəfli ədalətli tənzimləmədir", - Misir lideri Qahirədə bu gün keçirilən Qəzza üçün donor-ölkələrin konfransında deyib.

Norveç və Misirin təşəbbüsü ilə təşkil olunmuş Qəzza sektorunun bərpası məsələləri üzrə beynəlxalq konfransda XİN rəhbərləri və dünyanın 50-dən çox dövlət nümayəndələri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti