...

Avropa həmkarlar ittifaqları Konfederasiyasının baş katibi Gürcüstana səfər edəcək

Dünya xəbərləri Materials 28 Oktyabr 2014 08:37 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 oktyabr /Trend, müxbir N.Kirtsxalia/

Oktyabrın 28-30-da Avropanın həmkarlar ittifaqları Konfederasiyasının baş katibi Bernadet Seqol Gürcüstanda səfərdə olacaq. Trend-in verdiyi məlumata görə, üçgünlük səfər çərçivəsində Bernadet Seqol Gürcüstan hakimiyyət, Gürcüstan və Cənubi Qafqaz həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri ilə görüşəcək.

Gürcüstan həmkarlar ittifaqları birliyinin sədri ilə Bernadet Seqol mövcud qanunvericiliyi və əməyin müdafiəsi sahəsində vəziyyəti, sosial iqtisadi mövzuları müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti