Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə İraqın şimalındakı kürd muxtariyyətinin təhlükəsizliyinin təmin edilməsi üçün mümkün olan hər şeyi edir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu kürd muxtariyyətinə səfəri zamanı deyib.
Onun sözlərinə görə, İraqın kürd muxtariyyətinin sabitliyi Türkiyənin sabitliyi deməkdir.
Baş nazir qeyd edib ki, Türkiyə "Peşmərgə" (kürd muxtariyyətinin tabeliyində olan xüsusi təyinatlı dəstələr) döyüşçülərinə təlim keçməyə hazırdır.
Ə.Davudoğlunun sözlərinə görə, Ankara və Ərbili tarixi əlaqələr bağlayır.