Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə 1915-ci il hadisələri ilə bağlı məsələni qaldıracağı halda gələn il ABŞ hökuməti ilə münasibətlərinə yenidən baxa bilər. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Trend xəbər verir ki, bu barədə çərşənbə günü "Kanal7" telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, Türkiyə qondarma "erməni soyqırımı"ndan Ankaraya qarşı təzyiq vasitəsi kimi istifadə edilməsinə imkan verməyəcək.