...

Yerevanda hakimiyyət dəyişikliyinin tərəfdarı olan müxalifətçilərin maşınları yandırılıb

Dünya xəbərləri Materials 27 Noyabr 2014 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Son 24 saat ərzində Ermənistan paytaxtında müxalif "Predparlament" təşkilatının 4 nümayəndəsinin maşını yandırılıb. Trend xəbər verir ki, bu barədə bu ölkənin "Arminfo" saytı məlumat yayıb.

Şagen Petrosyanın, Vardan Akopyanın, Varujana Avetisyanın, Susanna Melkonyanın avtomobilləri yandırılıb. Təşkilatın digər üzvü Karo Eqnukyanın maşınının yandırılmasına cəhd olunsa da, bunun qarşısı alınıb.

Qeyd edək ki, təşkilatın məhz bu nümayəndələri öz maşınları ilə "100 illiyə rejimsiz" avtomobil yarışında iştirak ediblər. Yarışın keçirilməsində məqsəd qondarma "erməni soyqırımı"nın 100 illiyinə qədər Ermənistanda hakimiyyət dəyişikliyi həyata keçirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti