Azərbaycan, Bakı, 27 noyabr /Trend/
Çində naməlum kişi 9 nəfərə bıçaq zərbəsi endirib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, o, supermarketlərdən birinin yaxınlığındakı insanlara hücum edərək onlara xəsarət yetirib.
Polis hücum edən şəxsi saxlayıb. Xəsarət alanlar xəstənaya yerləşdiriliblər, onların həyatlarına təhlükə yoxdur.
Polis hadisənin təfərrüatını araşdırır.