...

Honq Konqda iğtişaşlar yenidən başlayıb

Dünya xəbərləri Materials 1 Dekabr 2014 13:49 (UTC +04:00)
Honq Konqda hökumət binalarına giriş-çıxışı məhdudlaşdırmağa çalışan etiraz aksiyalarının 40 iştirakçısı həbs edilib.
Honq Konqda iğtişaşlar yenidən başlayıb

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

Honq Konqda hökumət binalarına giriş-çıxışı məhdudlaşdırmağa çalışan etiraz aksiyalarının 40 iştirakçısı həbs edilib.

Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində polislə toqquşmalar baş verib. Bir neçə polis xəsarət alıb.

Nümayişçilər Pekinin 2017-ci ilə nəzərdə tutulmuş yerli hakimiyyət orqanlarına seçkilərdə namizədlərin irəli sürülməsində nəzarətdən imtina etməsinə çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti