...

Putin keçmiş sovet respublikalarının suverenliyinə hörmət edəcəyini vəd edib

Dünya xəbərləri Materials 4 Dekabr 2014 13:48 (UTC +04:00)
Rusiya lideri Vladimir Putin bəyan edib ki, Rusiyanın keçmiş sovet respublikalarının, xüsusilə Ukraynanın suverenliyi ilə bağlı mövqeyi dəyişikliyə uğramayıb
Putin keçmiş sovet respublikalarının suverenliyinə hörmət edəcəyini vəd edib

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Rusiya lideri Vladimir Putin bəyan edib ki, Rusiyanın keçmiş sovet respublikalarının, xüsusilə Ukraynanın suverenliyi ilə bağlı mövqeyi dəyişikliyə uğramayıb: "Moskva buna hörmətlə yanaşır". Bu barədə Trend "İnterfaks"a istinadən xəbər verir.

Prezidentin Federal Məclisə müraciətində deyilir: "Yaxşı məlumdur ki, Rusiya Ukraynanın və keçmiş SSRİ-nin respublikalarının suverenlik cəhdlərini təkcə dəstəkləməyib, həm də 90-cı illərdə bu prosesə əhəmiyyətli dərəcədə yardım edib".

Putin deyib: "O zamandan bizim mövqeyimizdə heç nə dəyişməyib".

Prezident bildirib ki, "hər bir xalq öz inkişaf yolunda, müttəfiqlər seçməkdə, cəmiyyətin siyasi təşkili formasında, iqtisadiyyatın qurulması və öz təhlükəsizliyinin təmin olunmasında ayrılmaz suveren hüquqa malikdir".

O, əlavə edib ki, "Rusiya buna diam hörmətlə yanaşıb və yanaşacaq".

Prezident sonda deyib: "Bu, tam ölçüdə Ukraynaya və qardaş Ukrayna xalqına da aiddir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti