...

"Mercedes" və "Land Rover" bahalaşır

Dünya xəbərləri Materials 22 Dekabr 2014 18:38 (UTC +04:00)
"Land Rover" markalı avtomobillərin qiyməti 10 faiz bahalaşıb, "Mercedes"lərin qiyməti isə 40 faizədək arta bilər.
"Mercedes" və "Land Rover" bahalaşır

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Rusiyada "Land Rover" markalı avtomobillərin qiyməti 10 faiz bahalaşıb, "Mercedes"lərin qiyməti isə 40 faizədək arta bilər. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu həmin avtomobillərin Rusiyadakı dilerləri deyiblər.

Almaniya şirkətindən bildiriblər ki, bu, yalnız tövsiyə olunan qiymətlərdir və həmin qiymətlər 7,5 faiz artıb: "Qiymətlər gələn il yanvarın 1-dən artacaq".

İngiltərə avtomobil istehsalçısından isə qeyd ediblər ki, şirkət ötən cümə günü satışı bərpa edərək qiyməti 10 faiz artırıb: "Buna səbəb valyuta məzənnələrinin dəyişkənliyidir".

BMW avtomobil konserni isə dekabrın 20-dən Rusiya bazarında bütün modellərin qiymətini 1-5 faiz artırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti