Azərbaycan, Bakı, 30 dekabr /Trend/
Yükdaşımalar üzrə indiki tariflər "Cənubi Qafqaz Dəmir Yolu" QSC-dən maksimum qənaət tələb edir və QSC-yə minimum gəlir verir. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu QSC-nin baş direktoru Viktor Rebets deyib.
Onun sözlərinə görə, elektrik enerjisi 2013-cü ildə 42 faiz, 2014-cü ildə isə daha 11 faiz artdıqdan sonra bunu gözləmək olardı.
V.Rebets qeyd edib ki, vəziyyəti yüngülləşdirmək üçün bütün mümkün ehtiyatlardan istifadə edilib və proqram hazırlanıb: "Ötən il rentabelliyimiz 3 faiz təşkil edib".
Qeyd edək ki, QSC "Rusiya Dəmir Yolları" ASC-nin törəmə şirkətidir və 2008-ci ildən Ermənistan dəmir yolunun imtiyazlı idarəçisidir.