Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Məftun Salmanov/
Pakistanın Pişəvər şəhərində 132 şagirdin ölümü ilə nəticələnən qanlı hadisədən sonra ölkə konstitusiyasında dəyişiklik etmək təklifi bu gün qəbul edilib.
Trend-in Türkiyənin "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, Pakistan Ali Məclisi dəyişikliyi qəbul edərək ölkədə hərbi məhkəmələrin qurulması barədə qərar qəbul edib.
Bu gün baş tutan səsvermədə 247 deputat qanun layihəsinin lehinə səs verib.
Hərbi məhkəmələrdə yalnız terrorçular mühakimə ediləcək. Məqsəd terrorçuluğa dair işlərlə bağlı tez bir zamanda qərar verilməsidir.
Məlumata görə, hərbi məhkəmələrin iki müddətinə fəaliyyət göstərməsi planlaşdırılır.