...

Ukraynadakı münaqişə 5187 nəfərin həyatına son qoyub

Dünya xəbərləri Materials 27 Yanvar 2015 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Məftun Salmanov/

Ukraynada davam edən münaqişə nəticəsində bu günədək 5187 nəfər həlak olub, 11 515 nəfər isə yaralanıb.

Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu birfinqdə BMT-nin insan haqları üzrə ali komissarının rəsmi nümayəndəsi Rupert Kolvill deyib.

BMT-nin yanvarın 21-nə olan məlumatına əsasən, bu ölkədə münaqişə nəticəsində 5086 nəfər həlak olub. Bura Ukraynaın şərqində qəzaya uğramış "Boinq" təyyarəsinin 298 sərnişini də daxildir. Ötən ilin aprelində başlamış münaqişə ərzində 10 948 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti