...

Türkiyə əhalisinin sayı açıqlandı

Dünya xəbərləri Materials 28 Yanvar 2015 13:11 (UTC +04:00)
Türkiyədə 2014-cü ilin rəsmi statistikalarına görə, əhalinin sayı 2013-cü ildə bir milyon 28 min nəfər artaraq 77 milyon 695 min 904 nəfər olub.
Türkiyə əhalisinin sayı açıqlandı

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə 2014-cü ilin rəsmi statistikalarına görə, əhalinin sayı 2013-cü ildə bir milyon 28 min nəfər artaraq 77 milyon 695 min 904 nəfər olub. Trend xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi məlumat verib.

Məlumata əsasən, əhalinin 18,5 faizi İstanbulda, 6,6 faizi Ankarada, 5,3 faizi İzmirdə, 3,6 faizi Bursada yaşayır.

2050-ci ildə ölkə əhalisinin sayının artaraq 94,6 milyon olacağı ehtimal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti