...

"Türk axını" layihəsinin texniki cəhətdən reallaşdırılmasına başlanıb

Dünya xəbərləri Materials 3 Fevral 2015 17:48 (UTC +04:00)
Rusiya və Türkiyə “Türk axını” layihəsinin texniki reallaşdırılmasına başlayıblar.
"Türk axını" layihəsinin texniki cəhətdən reallaşdırılmasına başlanıb

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Rusiya və Türkiyə "Türk axını" layihəsinin texniki reallaşdırılmasına başlayıblar. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım deyib.

Səfir bildirib ki, bu layihə çərçivəsində həll olunması vacib olan çoxlu problemlər var: "Elə məsələlər var ki, məsələn, boru kəmərinin konkret olaraq necə çəkiləcəyi ilə bağlı - onların üzərində çalışmaq lazımdır. Həm Rusiya, həm də Türkiyə tərəfi layihənin texniki hissəsini reallaşdırmağa başlayıblar, qarşılıqlı fəaliyyət davam etdiriləcək. İcazənin alınması bu işin əhəmiyyətsiz hissəsidir, hələlik yekun qərar yoxdur".

Diplomat əlavə edib ki, Türkiyə Rusiya ilə enerji əməkdaşlığına son dərəcə mühüm qarşılıqlı fəaliyyət kimi baxır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti